İsayev Emin Ağamməd oğlu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.
İlk dəfə əmək fəaliyyətinə ATƏT-də (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) layihə rəhbəri olaraq başlamışdır. Daha sonra əmək fəaliyyətini məhkəmə orqanlarında davam etdirmiş və sonrakı dövrlərdə öz hüquq şirkətini yaratmışdır.
Dövlət qurumlarından gələn iş təklifini dəyərləndirərək 2 ilə yaxın Dövlət Sosial Müdafiə Fondunda (DSMF) departament müdiri vəzifəsində çalışmışdır. 2022-ci ildə “EKOL” Vəkil Bürosunu təsis etmişdir. Hazırda büronun direktoru kimi öz fəaliyyətini davam etdirən İsayev Emin Ağamməd oğlu peşəkar yanaşması, təcrübəsi və hüquq sahəsində əldə etdiyi nailiyyətləri ilə diqqət çəkir. Onun rəhbərliyi ilə büro müştərilərə keyfiyyətli hüquqi xidmətlər göstərməkdə davam edir.