Əmənov Tural Rizvan oğlu – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü
İlk dəfə fəaliyyətinə 1998- 2000-ci illərdə prokuror köməkçisi yanında başlamış, daha sonra Cəlilabad Rayon İcra Şöbəsində işləmişdir. Daha sonra fəaliyyətini Cəlilabad Rayon İstintaq Şöbəsində davam etdirmişdir.
Sonrakı illərdə prokurorluq orqanlarındakı fəaliyyəti ilə təcrübə qazanmaqla yanaşı, 2007-2011-ci illərdə Cəlilabad rayon Məhəməsində məhkəmə iclas katibi vəzifəsində çalışmışdır.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində 2 ilə yaxın hüquqşünas kimi fəaliyyət göstərmişdir. Hazırda “EKOL” Vəkil bürosunun təsisçisi olmaqla birlikdə, vəkil olaraq öz peşəkar təcrübəsi ilə keyfiyyətli hüquqi xidmət göstərməkdə davam edir.
Həsənov Ruslan İba oğlu – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
Əmək fəaliyyətinə Bakı Nəqliyyat Prokurorluğunda dəftərxana müdiri kimi başlamış , 2002-ci ildə Azərbaycan Respublikasının Ağır Cinayətlər Məhkəməsində müxtəlif vəzifələrdə çalışmışdır. Bu müddət ərzində əldə etdiyi təcrübə ilə diqqət çəkən Həsənov 2020-ci ildən etibarən dövlət orqanlarında öz fəaliyyətini davam etdirmiş, Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Hüquq şöbəsində Baş Məsləhətçi vəzifəsində işləmişdir.
Vəkillik karyerasında mühüm addımlardan biri kimi 2022-ci ildə “EKOL” Vəkil Bürosunu təsis etmişdir. Hal- hazırda da büronun vəkillərindən biri kimi müştərilərinə yüksək səviyyəli hüquqi xidmət göstərməyə davam edir.